About

daim inkişafda olkayzen.az xoşbəxt olmaq istəyən, uğur qazanmaq üçün çalışan, həyatında yaxşılığa doğru dəyişikliklər etməyə can atan insanlar üçün veb-saytdır. Kayzen yapon dilində kai və zen sözlərindən (改善) əmələ gəlib mənası yaxşılığa doğru dəyişmək,inkişaf etmək deməkdir.

kayzen.az saytında mütəmadi olaraq həyatını mənalı, maraqlı yaşamaq istəyənlər üçün seçilmiş mövzularda materiallar verilir. Onlar əsasən maarifləndirici, məsləhətverici funksiya daşıyır. Materiallar həm sayt administrasiyası tərəfindən,həm də bloqqerlərin özü tərəfindən yaradılır, redaktə edilir və yayımlanır. Saytda hər bir kəsin bloq açması, öz şəxsi gündəliyini aparması, həyatda qarşılaşdığı maraqlı məqamları qeyd etməsi təmin olunub.

kayzen.az sosial sayt olduğu üçün cəmiyyətin kiçik bir modelini xatırladır. Həyatda tez-tez yaxşını pisdən ayırmağa çalışan insanlar bu saytda da hər bir şeyə öz münasibətlərinireytinq sistemi vasitəsilə bildirir. Qeydiyyatdan keçən hər kəs digər insana, mövzuya, şərhə mənfi və ya müsbət səs verir. Ədalət prinsipini qorumaq üçün verilən səslər istifadəçinin reytinqindən asılı olur: reputasiyası yüksək olan istifadəçinin verdiyi səs daha böyük təsir göstərir. Reytinqi aşağı olan istifadəçi isə məhdudiyyətlərlə qarşılaşır. Saytda ab-havanı məhz istifadəçilər yaradır, kimin yaxşı, kimin pis olduğunu seçir. Bir sözlə, saytı demokratik quruluşa malik onlayn cəmiyyət kimi xarakterizə etmək olar.

Sayt istifadəçilərinə mikrobloqfotoqalereya, istədikləri bloqlara abunə olmaq, RSS, axtarış kimi servislər təklif edilir. Biznes-tərəfdaşlıq üçün də sayt əlverişli imkanlar yaradır. Sayt administrasiyası isə istifadəçilərin istəklərinə diqqətlə yanaşması, liberal siyasəti, operativ reaksiyası ilə seçilir.
Saytın qaydaları ilə tanış olmaq məsləhət görülür. Saytın fəaliyyəti ilə bağlı suallara cavabFAQ bölümündə ətraflı verilib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s