Hannibalın diplomatiyası

Məşhur karfagenli komandir və dövlət adamı.

Hannibal atası Hamikar Barka Siciliyada romalılarla döyüşdə e.ə.247-ci ildə Karfagendə doğuldu. Birinci Pun müharibəsini uduzan atası onu romalılardan İspaniyaya getdi. Çox genc yaşda general oldu. E.ə. 221-ci ildə Karfagen ordusunun başına keçdi.

Hannibal İspaniyada fəthlər edərək Romaya bağlı tək yer olaraq qalan Saqunt şəhərini ələ keçirdi. Qardaşı Hasdurabı İspaniyada buraxan Hannibal 100min əsgər və 37fildən meydana gələn böyük bir orduyla Alp dağlarını keçərək Şimali İtaliya ərazilərinə çatdı. Burda Hannibal mühüm qələbələr qazandı. Hannibala paxıllıq edən Karfagen Senatosu ona kömək göndərmədi. Hannibal Roma torpaqlarında 14il qaldı.

Kənarda özünə müttəfiq axtaran Hannibal diplomatik missiyasını Makedoniyaya yönəltdi. Hakimiyyətdə olan V Filipp e.ə 215-ci ildə Haniballa dostluq müqaviləsi imzaladı. Müqavilə Romada böyük həyəcana səbəb oldu. Bütün Aralıq dənizi ətrafı iki nüfuz dairəsinə bölünmüş olurdu. Şərq V Filippin, qərb Hannibalın nəzarəti altına keçirdi. V Filipp Adriatik dənizinə böyük donanma hazırlayırdı. Həmin donanma Sicliyaya Hannibalın yardımına göndərilməli idi. Siyasi və hərbi mülahizəlardən əlavə, Adriatik dənizində Roma ticarətinə ciddi ziyan dəymiş olurdu. E.ə. 205-ci ildə Fenik şəhərində Roma və Makedoniya arasında sülh müqaviləsi imzalandı. Ərazi cəhətdən Romaya güzəştə gedərək Hanniballa ittifaqdan imtina etməli oldu. Həmçinin oxu: Pun müharibələri

Afrikada Roma Numidiya çarlarından olan Sifaksla dostluq ittifaqı bağlanmışdı. Numidiya süvari dəstəsi Karfagen ordusunun əsasını təşkil etdiyindən bu ittifaq Hannibal üçün böyük itki idi.

Hannibal bir sıra qələbələr əldə etməsinə baxmayaraq Romaya bir başa hücum etməyə cəsarət edə bilmədi. Romalılar Hannibalı Roma torpaqlarından uzaqlaşdırmaq üçün əvvəlcə İspaniyaya əsgər göndərdi, sonra isə Hannibalın İspaniyaya getməsindən istifadə edərək Karfagenə esgər çıxardılar. Belə bir yaranmış vəziyyətdə sıxışan karfagenlilər Hannibalı geri çağırdılar. Hannibal geri döndü.

Hannibal ilə Roma arasında Zamada həlledici döyüşdə Hannibal darmadağın edilir. Lakin geri çəkilməyib Suriyaya çar III Antioxun yanın qaçaraq Romaya qarşı müharibə qaldırmaq planı qurdu. Ancaq Karfagenini qüvvətlənməsini istəməyən romalılar Hannibalın ona təslim olmasını istədilər.

Hannibal Suriya, Karfagen, Makedoniya koalisiyasını yaratmaq, Qalliyada üsyan qaldırmaqla qəfildən Romaya hücum planı qurmuşdu. Asiya və Avropanın qüvvələrini Romaya qarşı birləşdirmək istəyən hannibal deyirdi ki, Romanın əzəməti onun hərbi gücündə deyil, rəqiblərini ayırmaq qabiliyyətində idi. Hannibalın planı qəbul edilmədi. III Antiox ona düşmən olan Rodos respublikasının arxa cəbhədən zərbə endirəcəyindən ehtiyat edirdi. Şöhrətpərəst olduğu üçün Hannibala qısqanclıqla yanaşırdı. Onun ləngliyindən istifadə edən romalılar üçlük ittifaqının yaranmasına imkan vermədilər. İlk əvvəl V Fillippi koalisiyadan ayırmaq qərarına gəldilər. Antioxa qarşı Makedoniyaya kömək vəd edilirdi. Roma qoşunları Makedoniyadan rahat keçərək Asiyaya getdilər. Antiox iki böyük məğlubiyyətə uğradı (e.ə. 191-ci il Fermopil, e.ə. 190-cı il Maqneziya döyüşləri), sülh bağlamağa məcbur oldu. Sülhün əsas şərtlərindən biri Hannibalın ələ verilməsi idi. Bundan xəbər tutub özünü öldürsə də Hannibalın planı uzun müddət qüvvədə qaldı.

This entry was posted in Uncategorized and tagged . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s