Türkiyənin müasir tarixi

Türkiyə II Dünya Müharibəsi və ondan sonrakı dövrdə-1

Türkiyənin II dünya müharibəsindən sonrakı tarixindən bəhs edərkən qeyd etmək lazımdır ki, bu ölkə qonşu müsəlman dövlətləri ilə müqayisədə fərqli bir inkişaf yolu seçdi. Bu seçim imkan verdi ki, Türkiyə kapitalizm yolu ilə inamla irəliləsin və inkişaf etsin. Bu gün ölkədə mövcud olan inkişaf prosesinin dinamikası ona dəlalət edir ki, Türkiyə həyatın bütün sahələrinin modernləşdirilməsində və dəyişən dünyanın şərtlərinə uyğunlaşmaqda yetkin bir səviyyəyə çatmışdır, iqtisadi həyatda liberalizm, siyasi həyatda parlamentarizm prinsipləri dönməzdir və yalnız irəliyə yönəlidir. Türkiyə artıq zaman-zaman baş vermiş sabitsizlik bəlasından xeyli uzaqlaşmışdır və inamlı mövqe sahibi olan bir dövlətə çevrilmək prosesini başa çatdırmaqdadır. Bəs Türkiyə belə bir yüksəlişə necə nail ola bilmişdir?

Türkiyə II Dünya Müharibəsi və ondan sonrakı dövrdə-2

Qeyd etmək lazımdır ki, tarixi ədəbiyyatda «milli şef dövrü(1938-1945-ci illər)» adlanan zamanın hökumətləri Türkiyənin qarşılaşdığı problemlərin öhdəsindən gəlmək üçün bu gün də tarixçilər tərəfindən müxtəlif şəkildə dəyərləndirilən tədbirlər görə bildilər və ədalət naminə demək istərdik ki, ölkəni daha az itkilərlə dünya müharibəsinin sonuna gətirdilər.
Bəlli olduğu kimi, Atatürkün ölümündən sonra 1938-ci ilin 11 noyabrından prezident seçilən İsmət İnönü sələfinin son baş naziri C.Bayarı 1939-cu ilin yanvarına qədər öz vəzifəsində saxladı. Ancaq həmin dövrdə aralarında ciddi fikir fərqi olduğuna görə C.Bayar istefa etdi. 25 yanvardan baş nazir vəzifəsinə başlayan Rəfik Saydam hökumətinin ömrü 1942-ci ilin iyuluna qədər olmuşdur.

Türkiyə Demokrat Partiyanın hakimiyyəti illərində (1950-1960-cı illər)

On il sürən DP hakimiyyəti illərində Türkiyə ölkə həyatının müxtəlif sahələrinin modernləşdirilməsi yolunda kifayət qədər uğurlar qazandı. Ancaq bu heç də o demək deyildir ki, DP-nin siyasəti həmişə yüksələn xətlə getmişdir. Bəzən geriləmələr də olmuş, əyintilər də baş vermişdir. Bütün bunlar da onunla nəticələnmişdir ki, demokratik seçkilər yolu ilə hakimiyyətə gələn, ölkədə demokratiyanın möhkəmləndirilməsi və genişləndirilməsini vəd edən, bu sahədə xeyli tədbirlər həyata keçirən DP buraxdığı səhvlər üzündən hakimiyyətdən qeyri-demokratik qaydada hərbi çevriliş yolu ilə uzaqlaşdırıldı. DP on illik hakimiyyəti illərində Türkiyə üçün nələr etmişdir? ( Ardı )

Türkiyə

Milli Birlik Komitəsinin (MBK) göstərişi ilə prezident və hökumət üzvləri həbsə alındı, parlament buraxıldı və DP-nin fəaliyyəti qadağan edildi. Bütün hakimiyyət general Camal Gurselin başçılıq etdiyi MBK-ya keçdi. MBK bütün fəaliyyətində Atatürk ideallarına sadiq qalacağını bəyan etdi. DP liderləri mühakimə edildi Ə. Menderes və iki yaxın silahdaşı H.Polatkan və F.R.Zorlu edam edildi, C.Bayar ömürlük, yüzlərlə DP fəalı isə müxtəlif müddətli həbslərə məhkum olundu. Orduda və dövlət aparatında ciddi kadr təmizlənməsi aparıldı, Bayar-Menderes tərəfdarları vəzifələrdən uzaqlaşdırıldı.

Türkiyənin daxili vəziyyəti (1980-2001-cı illər)

12 sentyabr 1980-ci ildə general K.Evrenin başçılıq etdiyi Milli Təhlükəsizlik Şurasının (MTŞ) hakimiyyəti öz üzərinə götürməsi Türkiyənin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həyatın bütün sahələrində, istər iqtisadiyyat olsun, istər siyasət, istərsə də etnokültürdə, demokratik təməllərin eninə və dərininə inkişafı kursunun dönməzliyi bu mərhələnin xarakteridir və o bu gün də davam etməkdədir. Çox paradoksaldır ki, hər çevrilişdən sonra Türkiyə bir dövlət olaraq daha çox demokratikləşir və daha çox iqtisadi potensial sahibinə çevrilir.

Türkiyənin iqtisadi siyasəti (1980-2005)

Türkiyə dövrün əvvəlindən etibarən yeni bir iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Hələ bir neçə on illər boyunca davam edəcək bu inkişafın təməlində aşağıdakı proqram məqsədləri dayanır: 1) iqtisadiyyatın dövlət tənzimlənməsinə yenidən baxılması və iqtisadi həyatda dövlətin birbaşa iştirakından tədricən imtina edilməsi; 2) iqtisadiyyatın bütünlüklə bazar və rəqabət prinsiplərinə uyğunlaşdırılması; 3) iqtisadi yüksəlişin sürətləndirilməsi və modernləşdirilməsi üçün xarici amillərdən və ehtiyatlardan hərtərəfli istifadə olunması xarici malların və kapitalın ölkədə azad fəaliyyətinə lazımi şərait yaradılması; 4) sənayeləşdirmənin idxal yönümlü modelindən ixrac yönümlü modelinə keçilməsi.

Türkiyənin son zamanlarda(1980-1990)

80-90-cı illərdə Türkiyənin xarici siyasətinə gəlincə qeyd etmək lazımdır ki, bu sahədə ənənəvi kurs toxunulmaz olaraq saxlanılmışdır. Belə ki, 12 sentyabr 1980-ci ildə hakimiyyəti öz üzərinə götürən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi K.Evren ilk çıxışında bildirdi: Türkiyə NATO və digər müttəfiqlik müqavilə və sazişlərinə sadiq olaraq qalır, başda qonşular olmaqla bütün ölkələrlə qarşılıqlı suverenlik və hörmət, bir-birinin daxili işlərinə qarışmamaq əsasında və bərabər şərtlər daxilində iqtisadi, sosial və mədəni əlaqələri inkişaf etdirmək qərarındadır. Beynəlxalq məsələlərin sülh yolu ilə həll edilməsi yönümündə siyasətini davam etdirəcəkdir.

This entry was posted in Uncategorized and tagged , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s