Fiziklər

Qalileo Qaliley

Qaliley Qalileo
(15.2.1564 -8.1.1642)
«Qaliley — ağ saçlı alim ixtiyar
Ömürlük zindana salındın ki, sən
Belini bükdükcə zalım ruzigar.
Bəlkə əl çəkəsən dediklərindən
Sonra çıxartdılar səni zindandan
Gördün ki, Asiman alışıb yanır,
Ölüm ayağında, ey böyük insan
Sən yenə dedin ki, «Yer yuvarlanır»
S. Vurğun

Qaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən olub, mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəliyə qarşı mübariz olan, insanların gələcəyi üçün yeni-yeni yollar açan alim olmuşdur.
Elmin korifeyi olan Qaliley klassik fizikanın əsas banilərindən biri, astronom, riyaziyyatçı, Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirən, Ptolomeyin yanlış geosentrik sistemini ifşa edən, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasının səhvlərini aşkar edən, böyük alim, mütəfəkkir və ədibdir. O, təcrübi fizikanın əsasını qoymuş, elmdə eksperimental tədqiqat üsulu tətbiq etmişdir.
Qaliley Qalileo 1564-cü il fevral ayının 15-də İtaliyanın Pize şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 11 yaşına qədər məktəbdə oxuduqdan sonra Qaliley ailəsi ilə birlikdə Florensiyaya köçmüş və burada monastıra verilmişdir.

Lev Davıdoviç Landau

«Bütün fiziki nəzəriyyələrin ali məhkəməsi təcrübədir»

L.D.Landau

L.D.Landau görkəmli Sovet nəzəriyyəçi-fizikidir. Lev Davıdoviç 1908-ci ildə Bakıda anadan olub. Onun atası mühəndis, anası həkim idi. 13 ya şında olarkən orta məktəbi qurtaran Landau ali məktəbə daxil olmamışdan ali riyaziyyatı bilirmiş. Yaşı az oldu ğundan Landau Universitetə qəbul olmaq üçün işini verə bilmir və ailəsinin məsləhəti ilə bir il Bakıda İqtisad Texnikumunda oxuyur. 14 yaşı olanda bu istedadlı gənc Azərbaycan Dövlət Universitetinə daxil olaraq eyni zamanda iki fakültədə təhsil alır: fizika-riyaziyyat və kimya.( Ardı )

Robert Boyl

Robert Boyl görkəmli ingilis kimyaçısı, fiziki və filosofudur. O, İrlandiyanın Lismar şəhərində dövlət katibi Riçard Boylun ailəsində anadan olub. Bu ailənin 14 uşağından R.Boyl yeddinci oğlu olub. Uşaqlıq illərindən Boyl xarici dilləri öyrənməyə başlayıb. 8 yaşında olanda fransız və latın dillərində sərbəst danışırmış. Boyl olduqca sadə, intizamlı, alicənab və çox nəzakətli adam, güclü dindar olmuş və evlənməyib. O, 1654-cü ildən Oksfordda yaşayıb, universitetin bir çox görkəmli professorları ilə dostluq edib, öz laboratoriyasını yaradıb.
Boylun tədqiqat işləri molekulyar fizikaya, işıq və elektrik hadisələrinin öyrənilməsinə, hidrostatika, akustika, istilik və mexanikaya aid olmuşdur.
Boyl 1660-cı ildə «hava yayına aid yeni təcrübələr» adlı əsərini yazır. O, təcrübələr aparıb müəyyən edir ki, qaz özünü sıxılmış yay kimi aparır. Havanın elastikliyinin Boyl tərəfindən öyrənilməsi hava nasoslarının ixtirasına səbəb oldu. Boyl öyrənir ki, havanı sorub çıxartdıqda oradakı civə sütunu aşağı enir, yəni təzyiq azalır. O, eyni zamanda təzyiqi azaltdıqda suyun tez qaynadığını /qaynamanın təzyiqdən asılılığı/ müəyyən edir.
Boylun kimya sahəsində də xidmətləri olmuşdur. O, kimyaya eksperimental metodu daxil edir və 1661-ci ildə «Kimyaçı-skeptik» adlı əsər yazır. Bu əsərdə o, kimyəvi elementin ilk dəfə tərifini vermiş və kimyanın müstəqil elmə çevrilməsinin təşəbbüsçüsü olduğunu bildirmişdir. Boylun fikrincə element-maddədir, cismin tərkib hissəsidir.
( Ardı )

Arximed

Arximed (e.ə. təqr. 287-212) riyaziyyatçı, fizik, və mühəndis, riyazi fizikanın əsasını qoyan, mexanikanın banilərindəndir. O, Siciliya adasındakı Sirakuz şəhərində anadan olmuşdur. (anadan olduğu gün məlum olmadığından Moskva universitetində fizika və riyaziyyatçılar hər il may ayının 12-ni Arximedin anadan olduğu gün kimi qeyd edirlər). Arximedin atası astronom Fidiy Aleksandriyalı Heronla yaxın olduğundan Arximedə yaxşı təhsil verə bilmişdir. Ona görə Arximed Aleksandriyaya getmiş, orada görkəmli riyaziyyatçı və coğrafiyaçı Eratosfendən dərs almışdır. Arximed Siciliyaya kamil riyaziyyatçı kimi qayıtmış və onun ilk əsəri mexanikaya həsr olunmuşdur. O, kürənin və onun hissələrinin, silindr və ellipsin, hiperbola və parabolanın fırlanmasından alınan cisimlərin həcmlərini hesablamışdır. ∏ ədədinin qiymətini böyük dəqiqliklə müəyyənləşdirmiş, ortaq vuruğu 1/4 olan sonsuz həndəsi silsilənin cəmini tapmışdır. Üçbucağın üç tərəfinə görə sahə düsturu Arximedə məxsusdur, ədalətsiz olaraq səhvən Heron düsturu adlandırılıb. Mexanikada lingin tarazlıq qaydası, cisimlərin üzmə şərti (Arximed qanunu), paralel qüvvələrin toplanması qaydası Arximed tərəfindən müəyyən olunmuşdur. O, bir çox maşın və mexaniki aparatların konstruktoru olmuşdur, sahələri suvarmaq üçün su qaldıran mexanizm (Arximed vinti), manivela və blok sistemlərini ixtira etmiş, hərbi maşın konstruksiyasını hazırlamışdır.

Nikola Tesla

Tesla 1856-cı ildə Yuqoslaviyanın Xarvata şəhərində anadan olub. O, Qrats politexnik institutunu (1878) və Praqa universitetini (1880) bitirmişdir. Tesla Parisdə Tomas Edisonun kompaniyasında (1882-84), sonra isə ABŞ-a mühacirət edərək Edisonun zavodlarında işləmişdir. O, radiotexnika və elektrotexnika sahəsində ən məşhur alim və ixtiraçı olub.
Tesla Budapeştdə teleqrafçı işləməyə başlayarkən birinci olaraq teleqraf aparatını təkmilləşdirir.
O, maqnit sahəsinin fırlanması hadisəsini öyrənərək 1888-ci ildə öz ixtirasını elan edərək göstərir ki, iki və daha çox fazalı cərəyanla da fırlanan maqnit sahəsi almaq mümkündür. O, çox fazalı, xüsusilə iki fazalı maşınların müxtəlif konstruksiyalarını işləyib hazırlamışdır. Yüksək gərginlikli cərəyan sahəsindəki ixtiralarına və kəşflərinə görə Tesla dünyada məşhurlaşır.
( Ardı )

Leonardo da Vinçi

«O, günəşli zirvədir. Bu zirvə
bütün qitələrdən aydın görünür.
Bu zirvə fəthedilməzdir.
Leonardo da Vinçiyə eşq olsun»
S. Vurğun
Dünya mədəniyyəti tarixinə Leonar do rəssam kimi daxil olmuşdur. Onun sənət əsərləri dünya mədəniyyətinin ən qiymətli əsərlərindən hesab edilir.
Leonardo Florensiyanın yaxınlığındakı Vinçi şəhərciyində varlı notarius ailəsində anadan olub. O, kiçik yaşlarından rəssamlığa böyük maraq göstərirmiş. Rəssamlıq sahəsində onun ilk müəllimi Florensiya rəssamı Andrya del Verrokkio olmuşdur. 1472-ci ildən 1482-ci ilə kimi Leonar do Florensiyada yaşayıb-yaratmış, sonra isə Milan şəhərinə köçmüşdür. 1499-cu ildə Milan Fransızlar tərəfindən zəbt olunanda O, Florensiyaya qayıtmışdır.
1516-cı ildə Fransa kralının dəvəti ilə o, Fransaya köçmüş və 2 may 1519-cu ildə vəfat etmişdir.

Xristian Hüygens

Xristian Hüygens görkəmli mexanik, fizik, astronom və riyaziy yatçı kimi tanınır, O, Hollandiyanın Haaqa şəhərində zadəgan ailəsində anadan olmuşdur. Atası Konstantin Hüygens məşhur şair və dövlət xadimi olub. O, oğluna əvvəlcədən riyaziyyata və mexanikaya aid mükəmməl təhsil vermişdir.
Hüygensin 16 yaşı olanda atası oğlunu hüquqçu etmək fikrinə düşür və bu məqsədlə onu Leyden universitetinə göndərir. Universitet həyatında Hüygens hüquq elmini yaxşı oxuması ilə yanaşı riyaziyyat, mexanika, astronomiya və tətbiqi optika ilə də maraqlanmışdır. O, mahir sənətkar kimi optik şüşələri cilalamış, astronomiya borusunu təkmilləşdirmişdir. Hüygens düzəltdiyi teleskopla 1655-cı ildə Saturn planetinin Titan peykini, Saturn halqasını kəşf etmiş, peykin planet ətrafında fırlanma periodunu hesablamış və halqanın Saturn planetinə heç yerdə toxunmadığını öyrənmişdir.
( Ardı )
This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s