Zodiak bürcləri və bürclərin xarakteri

Qoç bürcü (21 mart – 20 aprel)

Od işarəsidir. Marsın himayəsi altındadır. Xarakteri güclüdür. Hökmlüdür. Bu işarə altında dünyaya gələn adamlar qüvvətli və çevik olurlar. Onlarda rəhbərlik istedadı vardır. Kişilərin və qadınların ümumi cəhətləri aşağıdakılardır: nikbinlik, şöhrətpərəstlik, bir qədər tez qızışmaq, şişirtməyə meyl.
Kişilər təcavüzkarlığı, nəzakətsizliyi ilə fərqlənir başqalarının mənafeyi və iradəsi ilə hesablaşmırlar. Hərəkət etməyi, iş görməyi xoşlayırlar. Onlarda ədalət hissi güclüdür. QOÇ səbirsiz, hövsələsiz olduğuna, diplomatiya bacarmadığına görə tez-tez çətin vəziyyətə düşür.
( Ardı )

Buğa (21 aprel-21 may)

Yer işarəsidir. Veneranın himayəsi altındadır. Xarakteri ziddiyyətlidir. Təbiəti emosionaldır. BUĞA Yer işarəsi sayəsində qüvvətlidir, ayıq zəkaya malikdir. Lakin Venera ciddi və işgüzar BUĞAYA mülayimlik, rahat şəraitə aludəçilik, həssaslıq və tənbəllik öyrədir. Bu iki ziddiyyətli təsir BUĞANIN təbiətini mürəkkəbləşdirir. O, maddi nemətləri xoşlayır, eyni zamanda bədxərcdir. Rahatlığa can atır və çox vaxt pintidir. Cah-cəlal, toy-bayram, dəbdəbə və təmtəraq aludəçisidir. Hər şeydən zövq almağı bacarır. Yerdən tükənməz qüvvət alır, sağlam heyvani instinktə malikdir.
( Ardı )

Əkizlər (22 may-21 iyun)

Hava işarəsidir. Merkurinin himayəsi altındadır. Xarakteri qeyri-müəyyəndir, xasiyyətində daim vardır. ƏKİZLƏR ağıllıdırlar, maraqları çoxcəhətlidir. Hər şeyi bilməyə həvəs göstərirlər. Dil öyrənməyə qabildirlər, şəraitə asanlıqla uyğunlaşırlar. Yenilməz temperamenti və gözlənilməz reaksiyaları olan maraqlı,cazibəli insan tipidir. ƏKİZLƏR həmişə bir qədər hirsli və əsəbidirlər. Onların özlərinə inamsızlıq dövrləri olur və bunlar bəzi xəstəliyə çevrilir
( Ardı )

Xərçəng (22 iyun-22 iyul)

Su işarəsidir. Ayın himayəsi altındadır. Açıq xasiyyətlidir, xəyalpərəstdir. XƏRÇƏNG bütün Zodiak işarələri içərisində ən müəmmalı işarədir, çünki Ayın hökmranlığı altındadır. Ay onun hissiyyatını o dərəcədə kəskinləşdirir və mənəvi aləminə o dərəcədə təsir edir ki, XƏRÇƏNG ətrafdakılara qəribə və anlaşılmaz görünür. İncə əsəb sisteminə və yaxşı inkişaf elmi intuisiyaya malikdir.
( Ardı )

Şir (23 iyul – 23 avqust)

&lOd işarəsidir. Günəşin himayəsi altındadır. Hökmlüdür, daxili aləmi zəngindir. ŞİR ulduzlar padşahı olan Günəşin himayəsi altındadır. Buna görə də Zodiakın mərkəzi simasıdır. O parlayır, səmada süzür. Çox çətinlik çəkir, çünki tez-tez zorakılığa əl atır, lakin xarakterinin əsas cəhəti xeyirxahlıqdır. Lovğalıq ŞİRƏ yaddır. ŞİR təbiidir. Bununla da ürəkləri fəth edir. Hər kəs ŞİRİN yanında olduqda başa düşüldüyünü hiss edir. ŞİRİN köməyinə bel bağlamaq olar.
( Ardı )

Qız (24 avqust-23 sentyabr)

Yer işarəsidir. İşgüzar zəkaya, dərin xarakterə malikdir. QIZ işarəsi reallıq, məntiq, aydınlıq, şəffaflıq işarəsidir. Bu işarə altında dünyaya gələnlər hər şeydə aydın davranış xətti. Dəqiqlik olmasını tələb edirlər. Nadir hallarda ehtirasa qapılırlar. Qayda-qanuna, səliqə-sahmana məhəbbət bəzən onlarda eybəcər şəkil alır. Demək olar həmişə aydın, analitik zəkaya malikdirlər,yaxşı işçidirlər. Siyasət, iqtisadiyyat və elm ilə məşğul olmağa qabildirlər. Biliklərini daim dərinləşdirməyə və genişləndirməyə çalışırlar. Adətən uzun ömür sürürlər. Hörmət qazanırlar, lakin vasvası və xırdaçı olduqlarından adamlarla tez-tez savaşırlar.
( Ardı )

Tərəzi (24 sentyabr – 23 oktyabr)

Hava işarəsidir. Veneranın himayəsi altındadır. Xasiyyəti yumşaq, zəkası aydındır. Bu işarə altında dünyaya gələn adamlar təmkinli olmaları ilə fərqlənirlər. Venera sevmək qabiliyyətini, zəriflik və incəliyi onlara səxavətlə bəxş edir. Hətta xəstəlik və ya bədbəxtlik üz verdikdə də. TƏRƏZİ həyatın nəbzini asanlıqla tutur. TƏRƏZİ dava-dalaşı, qanqaralığını, gərginliyi xoşlamır. Rahatlığı dünyada hər şeydən üstün tutur. Çox vaxt bəxti gətirir. Xoş rəftarına, nəzakətinə, şux və mehriban xasiyyətinə görə cəmiyyətdə sevilir. Bunlar əla vəkillər, diplomatlar, ticarətçilər, aktyorlar və inzibatçılardır.
( Ardı )

Əqrəb (24 oktyabr-22 noyabr)

Su işarəsidir. Xarakteri güclü, həyatı maraqlıdır. ƏQRƏB iki əsas planetin: qüvvətli, amansız Marsın və qüdrətli Neptunun himayəsindədir. Onun xarakteri bu ikiqat təsir altında təşəkkül tapır. ƏQRƏB mübarizə aparır, əzab çəkir, özünü yeyir, viranəlik içərisindən dirilib qalxır. Təzadlı, temperamentli, olduqca cazibədar, lakin amansız tipdir.
Onun üçün birinci çətinlik yaşamaqdır. İlk baxışda onun müvəffəqiyyət qazanmaq üçün lazım olan hər şeyi: energiyası, diribaşlığı, qüvvəsi vardır, lakin tündməzaclığı ucbatından düşmənləri çoxdur.
( Ardı )

Oxatan (23 noyabr – 21 dekabr)

Od işarəsidir. Yupiterin himayəsi altındadır. Təmkinlidir. Təbiətcə filosofdur. Yupiter xoşbəxtlik və firavanlıq planetidir, OXATAN işarəsinə hamilik edir. OXATANIN rəmzi gözəl və çoxmənalıdır məchul bir nöqtəni nişan alan kentavrdır. Bu kentavr OXATANIN ikiləşməsinə səbəb olur: OXATAN bir tərəfdən, çox inkişaf etmişdir, digər tərəfdən, primitivdir. İkinci tip OXATAN sivilizasiyanı sevmir. Böyük həyati qüvvəyə malikdir. Çox fəaldır, qadınların xoşuna gəlir, adamları ardınca aparmaq istedadı vardır. Cəsurdur, sərbəstdir, kobuddur, macəraları və igidlikləri xoşlayır. Bu, dənizçi, əsgər, dəniz qulduru, avantürist, sərsəri tipidir. Birinci tip isə alim, siyasətçi, mütəfəkkir tipidir.
( Ardı )

Oğlaq (22 dekabr-20 yanvar)

Yer işarəsidir. Saturnun himayəsi altındadır. Tərs, inadcıldır. Ağıllıdır. OĞLAQ bütün Zodiak işarələri içərisində istər fiziki, istərsə də mənəvi cəhətdən ən dözümlüsü və davamlısıdır. Hisslərini gizlədəndir, üzə vurmasa da şöhrətpərəstdir. Real həyatla yaşayır, işləməyi bacarır və xoşlayır. Hədsiz bir qüvvə ilə müvəffəqiyyətə can atır. Böyük səbirlə və hədsiz inadcıllıqla bütün maneələri aşaraq addım-addım, pillə-pillə məqsədə doğru gedir. Heç bir şey OĞLAĞI həvəsdən salıb yolundan döndərə bilmir.
( Ardı )

Dolça (21 yanvar-18 fevral)

Hava işarəsidir. Saturn və Uranın himayəsi altındadır. Xarakterdə emosional, təbiətcə həssasdır. DOLÇANIN ilk hamisi SATURN planeti DOLÇANı taleyə boyun əyməyə məhkum edir və onun taleyi heç da həmişə uğurlu olmur. SATURN kədərli xatirələr, qəmginlik, puç olmuş ümidlər planetidir. URAN, əksinə, hərəkət, fəaliyyət planetidir, alimlərin ilhamçısıdır. Buna görə də DOLÇANIN xarakteri ziddiyyətlidir. O bir tərəfdən xəyalpərvərdir. Digər tərəfdən cəld, çevik, cəsarətli və fəaldır. DOLÇA işarəsi altında dünyaya gələnlər öz insaniyyəti sayəsində olduqca cazibədardırlar.
( Ardı )

Balıqlar (19 fevral-20 mart)

Su işarəsidir. Yupiter və Neptunun himayəsi altındadır. Xarakteri əsrarəngizdir. İncə intuisiyası vardır. BALIQLARA Neptun daim narahatlıq keçirmək, öz özlərinə qarşı mübarizə aparmaq kimi təzadlar gətirir, Yupiter isə uğurlu tale və müdriklik bəxş edir. Zahirən sakit olmalarına baxmayaraq, BALIQLAR bu ziddiyyətli təsir altında tez-tez ruhən əzab çəkir, narahatlıq və sıxıntı keçirirlər. BALIQLAR həm də humanizm və fədakarlıq rəmzidir. Mənən zərifdirlər, ağılları itidir, çox şeyə şəkk gətirirlər. BALIQLARDA intuisiya məntiqdən güclüdür, onlar öz istedadlarını həmişə dərk etmədikləri halda, uzağı görmək bacarığı ilə ətrafdakı adamları heyran qoyurlar.
( Ardı )
This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s