Olimpiya oyunları haqqında

Qədim olimpiya oyunlarının yaranması

Olimp Yunanıstanda ən yüksək dağ massivi olub, Egey dənizi sahilində yerləşir. Hündürlüyü 2911 m-ə qədərdir. Əhəngdaşı və kristallik yamacları dar dərələrlə kəsişmişdir. Bu dağın həmişə yaşıl kolları, enliyarpaqlı şam meşələri var. Qədim yunan mifologiyasında Olimp müqəddəs dağ, Zevs başda olmaqla allahların məkanı hesab olunurdu. Allahların burada keçirilən məclisi də Olimp adlanırdı.
Bundan əlavə, bir sıra bədii özfəaliyyət kollektivlərinin xalq yaradıcılığı və müsabiqələri, məktəblilər arasında hər hansı bilik sahəsində konkret tapşırıqları daha yaxşı yerinə yetirmək üzrə keçirilən yarışlar (məsələn, riyaziyyat, fizika, kimya, biologiya, fiziologiya və s. fənlər üzrə) da Olimpiada adlanır.
Olimpiya oyunları Qədim Yunanıstanda Olimpiya şəhərində ilk dəfəe. ə. 776-cı ildə Zevsin şərəfinə yarışlar keçirilməyə başladı. Olimpiya oyunları 5 gün ərzində keçirilir, 1-ci və 5-ci günlər təntənəli mərasimlərə, qalan günlər isə idman yarışlarına həsr edilirdi.
Digər rəvayətə görə, Ellada hökmdarı İfıt Sparta hökmdarı Likurqla müqavilə bağlayır və bu şərəfə dostluq bayramı keçirməyi qərara alırlar.
Müəyyən müddət keçdikdən sonra Ellada torpağında bütün hərbi əməliyyatlar dayandırılır. Oyunların keçirilməsi mərasimi əmək, məişət və sülh rəmzinə çevrilir.
Ardı )
Müasir olimpiya oyunlarının yaranması

Olimpiya oyunları zəmanəmizin və beynəlxalq idman aləminin ən yüksək zirvəsində durmuş müqəddəs bir ictimai təşkilatdır.
«Bəşəriyyətə işıq və istilik bəxş edən günəşin xeyirxahlığı əvəzsizdir. Insanlara bolluca sevinc bəxş edən Olimpiya oyunlarının da oyunlar arasında tayı bərabəri yoxdur.»(Yunan şairi Pendra)
Təsadüfi deyildir ki, qədim Olimpiya oyunlarının yaranması haqqında bir-birindən maraqlı-miflər yaranmışdır.
Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. ( Ardı )
Olimpiya xartiyası

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya hərəkatı məsələləri üzrə nizamnamə və sənədlər toplusu (əsas məqsədləri, prinsipləri, əsasnaməsi, Olimpiya oyunlarının təşkili və keçirilməsi qaydaları və s.) Pyer de Kuberten tərəfindən təklif olunmuş, Olimpiya xartiyasının əsasları 1894-cü ilin iyununda Parisdə keçirilmiş Beynəlxalq İdman Konqresində təsdiq edilmiş və müasir Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin yaradılması haqqında qərar qəbul olunmuşdur. Sonralar Olimpiya xartiyasına bir sıra əlavələr edilmiş, izahlar və təlimatlar tərtib olunmuşdur, lakin Kubertenin işləyib hazırladığı Əsasnamədə bu günə qədər əsaslı dəyişiklik edilməmişdir.
Olimpiya xartiyası 5 bölmədən ibarətdir.
Ardı )

This entry was posted in Uncategorized and tagged , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s