Kənd təsərrüfatı

Fermer təsərrüfatı

Fermer təsərrüfatçılığı ilə məşğul olan vətəndaşlar torpaq sahələrindən məqsədyönlü istifadə etməyə, torpağın münbitliyinin artırılması üçün lazımi tədbirlər həyata keçirməyə, təbiəti qoruyan texnologiyalardan istifadə etməyə, öz fəaliyyətləri nəticəsində torpaq sahələrində və qonşu ərazilərdə ekoloji mühitin pisləşməsinə yol verməməyə, digər vətəndaşların hüquq və maraqlarını pozmamağa, torpaq vergilərini və digər ödəmələri vaxtında ödəməyə borcludurlar.
Onların mülkiyyəti torpaq sahəsindən, mal-qaradan və quşlardan, dovşanlardan, qunduzlardan, arılardan, çoxillik əkmələrdən, təsərrüfat tikililərindən, kənd təsərrüfatı texnikasından, avadanlıqdan, inventardan, nəqliyyat vasitələrindən, təsərrüfat fəaliyyətini həyata keçirmək üçün lazım olan maddi ehtiyatlardan, həmçinin istehsal olunan məhsuldan ibarətdir.
Ardı )

Kartof becərmənin Holland texnologiyası

Son illərdə kənd təsərrüfatı müəssisələrində, fermer və həyətyanı təsərrüfatlarda, həmçinin bağ-bostan sahələrində Hollandiya seleksiyalı kartofun bir çox sortları becərilməyə başlamışdır. Hollandiyadan gətirilmiş 10-dan artıq sort müxtəlif regionlarda yetişdirməkdən ötrü məsləhət görülmüşdür. Lakin onların bəziləri kartofçular tərəfindən bəyənilməmişdir. Məhsuldar holland sortları ilə kartof çeşidlərinin artırılması praktiki olaraq məhsuldarlığın artırılmasında özünü göstərməmişdir. Axı bizim kartof sortları potensial olaraq yüksək məhsuldardırlar və hətta məsləhət görülən texnologiyaya tam əməl edilmədiyi hallarda belə, hektardan 20-30 ton məhsul verməyə qadirdir. Lakin bir hektardan orta məhsuldarlıq özəl sektorun təsərrüfatlarında 12-15 ton, holland fermerlərində isə 30-40 ton təşkil edir.
Ardı )

Üzüm bağlarında gübrələmə

Gübrələrin verilmə vaxtı böyük əhəmiyyət kəsb edir və adətən gübrələrin bir necə elementini birdən vermək lazımdır. Azot və fosfor gübrələrinin torpağa birlikdə verilməsi onların ayrılıqda verilməsindən daha səmərəlidir.Azot gübrələrini fosfor gübrələri ilə birlikdə verilməsi yaxşı olar ki, yazda və yayın birinci yarısında həyata keçirilsin; kalium yayın ikinci yarısında yaxşı mənimsənilir. Üzvi gübrələri payızda vermək lazımdır, bu zaman azot gübrələrinin miqdarı gələn ilin yarısı üçün yarıbayarı azaldılmalıdır. Əlavə yemləmə gübrələrinin səmərəliliyini təmin etmək üçün, gübrələr torpağın 40-60 sm dərinliyinə, əsas köklərin yerləşdiyi zonaya 1 m radiusda verilməlidir.

Ardı )

Qidalı şirə

Peyin çatışmazlığı və əsas mineral gübrələrin bahalığı şəraitində təsərrüfatçılar daha çox öz diqqətlərini üzvi gübrə olan yaşıl şirəyə yönəltməyə məcburdurlar. Bu, hazırlanma üsuluna görə hər kəsə asandır, xeyli və tez səmərə verir, başlıcası isə heç bir maliyyə xərci tələb etmir. Qidalı şirənin düzəldilməsi aşağıdakı kimidir:
Ardı )

Kartof: suallar və cavablar

Kartof sortunu hansı əlamətlərə görə seçməli? Hər şeydən əvvəl məhsuldarlıq, dad keyfiyyətləri, yumruların formaları, lətin rəngi, saxlanması, həmçinin yığım müddəti nəzərə alınır. Faraş sortlar 80-90 günə, orta faraş sortlar 100-115 gündən sonra, orta gec- və gecyetişən sortlar 120-135 gündən sonra yetişir.
Kartofu şitillərlə çoxaltmaq mümkündürmü və bunu necə etmək lazımdır? Kartofun yalnız qiymətli sortlarını şitillərlə əkirlər. Bundan ötrü yumruları işıqda iki həftə ərzində cücərdir, sonra kiçik yeşiyə köçürdürlər. Onların zoğlar 5-8 sm-ə çatanda yumruları yeşikdən çıxarır, şitilləri kök sistemi ilə birlikdə ayırır və aprelin axırından cərgələr arası məsafə 40-45 sm və bitkilər arası məsafə 20 sm olmaqla şırımlara köçürür və plyonka ilə müvəqqəti örtürlər. Yumruları 1-2 sm uzunluğunda cücərti verənədək gündüz işığında saxlayırlar. İkinci dəfə cücərdilmiş yumruları şırımlara cərgələr arası məsafə 50 sm, yumrular arası məsafə isə 25 sm olmaqla basdırırlar. Yumrulardan ayrılmış şitilləri basdırıldıqdan dərhal sonra onların kök sistemi, cücərmiş yumrunun dibi torpaqla doldurulur.

Kartof: suallar və cavablar 2

Kartofun böyüməsində və yumru yaranmasında hansı hərarət olmalıdır? Yumru yaranması və kartofun inkişafı üçün optimal temperatur +18-22°C-dir. +25 °C temperaturda yumruların böyüməsi yavaşıyır, +30°C və yuxarı hərarət olduqda isə tamamilə dayanır. Lakin temperatur +10-12°C-yə qədər aşağı düşdükdə də yumru yaranması zəifləyir.

Çiçəkləmə zamanı kartofu tozlandırmaq lazımdırmı? Kartof öz-özünə tozlanan bitkilərə aiddir, ona görə də onu tozlandırmaya lüzum yoxdur.
Hansı dövrdə kartof çox suvarılma tələb edir? Ən çox miqdarda su bitkinin yumru yaranma dövründə işlədilir ki, bu da qönçələmə və çiçəkləmə fazasında başlayır. Bu zaman torpaqda nəmlik, onun tam rütubət tutumundan asılı olaraq, 80-85%-dən aşağı olmamalıdır.

Ardı )

Limon bitkisi

Meyvəverən limon kolları təzə gəlin kimi diqqət və qulluq tələb edir. Amma nəzarət edilməlidir ki, budaqları bir-birinə dolaşmasın. Artıq zoğları, qurumuş budaqları vaxtlı-vaxtında arıtlamaq, formalaşma zoğlarını uzunluğunun üçdə biri qədər qısaltmaq, yaxud onların hündürlüyü 25-30 sm-ə çatanda yuxarıdan 3-4 yarpağı olan yerdən kəsmək lazımdır. Nazik budaqları iti təmiz bıçaqla, yoğıın budaqları isə bağ qayçısı ilə kəsir, kəsiş yerini natural əlifdə həll edilmiş yağlı boya ilə yağlayırlar.
Meyvəverən limon kolları bol çiçəkləyir ki, bu da ağacın zəifləməsinə səbəb olur. Ona görə də, yanaşı çiçəkləri daha irilərini saxlamaqla seyrəltmək lazımdır. Toxumluq yaxşı inkişaf etmiş yarpaqları saxlamaq vacibdir. Qısa budaqcıqlardakı meyvələrə üstünlük verilməlidir. Uzun budaqlardakı meyvələr ləng böyüyür. Meyvələr 20-22°C temperaturda yaxşı yetişir. Onları iti bağ qayçıları ilə kəsib dərirlər.
Ardı )

This entry was posted in Uncategorized and tagged , , , , . Bookmark the permalink.