Birinci dünya müharibəsi

Birinci dünya müharibəsinin başlanması

Müharibənin hazırlanması XIX əsrin sonu — XX əsrin əvvəllərində Fransa hazırlanması və Almaniya arasında ziddiyyətlər kəskin miqyas almışdı. Bu ən çox 1870-1871-ci illər Fransa-Prussiya müharibəsinin nəticələri ilə əlaqədar idi. Fransa müharibə nəticəsində itirdiyi Elzas-Lotaringiya torpaqlarını geri almaq niyyətində idi. Almaniya isə öz növbəsində hər vəchlə Fransanın Avropada güclənməsinə imkan verməmək, onu təkləmək, real müttəfıqlərindən, xüsusən Böyük Britaniya və Rusiyadan ayırmağa çalışırdı. Fransa ilə Almaniya arasında müstəmləkə məsələsi üzrə də ziddiyyət var idi. Müstəmləkə bölgüsündə çox gec iştirak etməyə başlayan Almaniya XIX əsrin 80-90-cı illərində Afrikada və Sakit okeanda bir sıra yerləri (Cənub-Qərbi və Cənub Şərqi Afrikanı, Karolin, Marian, Marşall adalarını, Yeni Qvineyanın bir hissəsini) ələ keçirmişdi. 1898-ci ildə Almaniyanın İran körfəzinədək uzanan Berlin-Bağdad dəmir yolu çəkilişini konsessiyaya götürmək razılığını alması ingilis-alman münasibətlərini daha da kəskinləşdirmişdi. Fransanın da Afrikada və Cənub-Şərqi Asiyada müstəmləkəçilik siyasətini gücləndirməsi bu ziddiyyətləri daha da dərinləşdirdi.( Ardı )

Birinci dünya müharibəsində hərbi əməliyyatlar

Almaniya 1914-cü il avqustun 2-də Lüksemburqa hücum etdi. İki günə Belçika ərazisinə daxil oldu. 1914-cü il hərbi kampaniyasında alman komandanlığının başlıca məqsədi Fransanı diz çökdürmək idi. “Şliffen planına” (general Şliffenin adı ilə bağlı idi) əsasən alman orduları sözügedən bitərəf ölkələrin müdafiə olunmayan sərhədlərindən keçərək Paris istiqamətində irəliləməli, Fransa ordusunun çox hissəsini mühasirəyə almalı və onu təslim olmağa məcbur etməli idilər. Avqustun 3-də bu plan həyata keçirilməyə başladı. Alman hərbi hissələri Belçikanı işğal edib Fransa ərazisinə daxil oldular. Bir aydan sonra onlar Paris ətrafına çatdılar. Fransızların Elzas və Lotaringiyada cavab hücumları uğursuzluğa düçar oldu. ( Ardı )

Azərbaycan BDM dövründə

Özündən asılı olmayaraq Azərbaycan da Birinci illərində dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti daha qabarıq özünü göstərirdi. Almaniya tərəfindən müharibədə iştirak edən Türkiyənin də müsəlman Qafqazına, xüsusən Azərbaycana böyük marağı var idi.

Birinci dünya müharibəsinin nəticələri

Birinci dünya müharibəsi dövründə Avropa ölkələrində də başlamış ümummilli böhran ictimai-siyasi dəyişikliklərlə nəticələndi. 1918-ci il noyabrın əvvəllərində Almaniyada monarxiyaya və militarizmə qarşı etiraz çıxışları başlandı. II Vilhelmin taxtı-tacdan əl çəkdiyi elan olundu. İnqilabdan canını qurtarmaq üçün o, noyabrın 10-da Hollandiyaya qaçdı. Beləliklə, Almaniyada noyabr inqilabı qalib gəldi. Burjua demokratik xarakter daşıyan bu inqilab nəticəsində Almaniyada Veymar Respublikası yaradıldı.
İngiltərədə də azadlıq hərəkatı gücləndi. 1918-ci ilin parlament seçkilərində qələbə çalan Şinnfeyn («biz özümüz») partiyası 1919-cu ilin əvvəllərində İrlandiyam respublika elan etdi.( Ardı )

BDM nəticələri

Birinci dünya müharibəsi nəticəsində təqribən 10 milyon insan tələf olmuşdu, 20 milyon adam yaralanmışdı. Müharibə aparan ölkələrin təsərrüfatı olmazın dərəcədə dağılmışdı. ABŞ istisna olmaqla müharibə aparan ölkələrin milli sərvətinin orta hesabla 1/3 hissəsi tələf olmuşdu.
Birinci dünya müharibəsi XX əsr tarixinə öz mahiyyət və nəticələrinə görə dərin iz qoyan hadisə kimi daxil olmuşdur. O, ictimai-siyasi əhəmiyyət və nəticələrinə görə Böyük Fransa Inqilabına (XVIII əsr) bərabər hadisə idi. O, dünyanın inkişafına çox güclü təsir göstərmişdi. Dünyada köklü dəyişikliklər baş vermişdi. ( Ardı )

Birinci Dünya Müharibəsindən sonra dünya

Versal-Vaşinqton sisteminin yaradılması Birinci dünya müharibəsinin ən önəmli nəticələrindən biri də Versal-Vaşinqton sisteminin yaradılması idi. Almaniya və digər məğlub ölkələrlə sülh müqavilələri hazırlamaq məqsədi ilə 1919-cu il yanvarın 18-də Paris konfransı açıldı. Konfrans 1919-cu il iyunun 28-nə kimi davam etdi. Konfransda 27 dövlətin nümayəndələri iştirak edirdi. Məğlub ölkələr və Rusiya konfransa dəvət edilməmişdilər. 1919-cu il iyunun 28-də Parisin Versal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı. O, tarixə Versal sülhü kimi daxil olmuşdur. Versal sülhünün ana xəttini ABŞ prezidenti V.Vilsonun «14 maddəsi» təşkil edirdi. Onun başlıca məzmununu gizli diplomatiyadan əl çəkilməsi, azad ticarətin olması, silahlanmanın azalması, bütün müstəmləkə məsələlərinin qərəzsiz həll edilməsi və s. məsələlər təşkil edirdi. Versal-Vaşinqton sisteminin əsasını Versal (iyun 1919), Sen-Jermen (sentyabr 1919), Neyi (noyabr 1919), Trianon (noyabr 1919), Sevr (avqust 1920) sülh müqavilələri və Vaşinqton (noyabr 1921-fevral 1922) konfransının qərarları təşkil edirdi. ( Ardı )

This entry was posted in Uncategorized and tagged , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s