Azərbaycanın coğrafiyası

Azərbaycanın coğrafi mövqeyi

Azərbaycan haqqında ilk yazılı məlumat b. e. ə. I əsrdə yaşamış, yunan alimi Strabonun «Coğrafiya» kitabında verilib. O bu əsərdə Kürboyu düzənliklərin Babil və Həbəş düzlərindən daha məhsuldar olduğunu vurğulayır.
II əsrdə yaşamış Ptolomey Albaniyadakı 29 şəhərin coğrafi koordinatlarını göstərir.
XV coğrafiyaçısı O.Bakuvi Dünyanı 7 iqlimə bölmüş, Azərbaycanı 4 və 5-ci iqlimə aid etmişdir.
Azərbaycanın Böyük Ipək yolu üzərində olması, Qərblə Şərqin qovşağında yerləşməsi, zəngin təbiəti ona daim maraq yaratmışdır.

Azərbaycanın iqlimi

Azərbaycan subtropik və mülayim iqlim qurşaqlarının qovuşduğu ərazidə yerləşib. Azərbaycanın iqliminin mürəkkəb olmasına səbəb:
1. Coğrafi enlik;
2. Günəş radiasiyası;
3. Mürəkkəb relyef;
4. Müxtəlif mənşəli hava kütlələrinin Azərbaycana təsiri və s.
Böyük Qafqaz şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz cənubdan gələn isti və quru küləklərin, Xəzər dənizi, şərqdən gələn quru və tozlu küləklərin Azərbaycana daxil olmasına mane olur.
Azərbaycanla eyni coğrafi enlikdə yerləşən Pireney, Appenin, Kiçik Asiya yarımadalarında yerləşən Ispaniya, Italiya, Türkiyə dövlətlərinin iqlimi Azərbaycana oxşayır.

Azərbaycanın relyefi

Azərbaycandakı coğrafi obyektlərin hündürlüyü Baltik dənizinin səviyyəsindən ölçülür. Azərbaycanda orta hündürlük 657 m, maksimum hündürlük 4466 m (Bazardüzü), minimum hündürlük — 27 m-dir (Xəzərin sahilləri). Relyef amplitudası 4466 +(-27) = 4493 m. Ərazinin 60%-i dağlıqdır. Azəraycanın ən mühüm geomorfoloji vahidləri: Böyük və Kiçik Qafqaz, Talış dağları və Kür-Araz ovalığıdır.

Torpaq örtüyü

Azərbaycanda torpaq örtüyünün müxtəlif olmasına əsas səbəb relyef və iqlim şəraitinin müxtəlifliyidir. Hümusun miqdarı nə qədər çox olarsa, torpağın rəngi bir o qədər münbit olar. Ən çox hümus qara torpaqdadır (10-12%). Qəhvəyi və qonur dağ-meşə torpaqlarında 5-10%, şabalıdı torpaqlarda 4-6%, boz-qonur və boz torpaqlarda 2-3%-dır. Azərbaycanın rütubətlənmə əmsalı vahiddən çox olan ərazilərində — qonur və qəhvəyi dağ-meşə, dağ-çəmən, sarı, qara və tünd şabalıdı kimi münbit torpaqlar yayılıb. Dağlıq ərazilərdə yayılan bu torpaqlarda dəmyə əkinçiliyi geniş yayılıb. Quraq ərazilərdə yayılan boz, boz-qonur, boz-çəmən, şoran, açıq şabalıdı torpaqlar daha az münbitliyə malikdir. Düzənliklərdə yayılmış bu torpaqlarda suvarma əkinçiliyi inkişaf edib. Azərbaycanda hündürlük qurşağına görə torpaqlar aşağıdakı kimi formalaşıb:( Ardı )

Azərbaycanın geoloji quruluşu

Azərbaycan Şərqi Avropa tavası ilə Afrika-Ərəbistan tavalarının toqquşduğu sərhəddə yerləşir. Ərazi tamamilə Alp-Himalay geosinklinalının tərkibinə daxildir. Tava toqquşması nəticəsində Mezozoy erasında K.Qafqaz, Naxçıvan və Talış dağlarında vulkanlar püskürmüşdür. Sönmüş vulkanlar Qarabağ vulkanik yaylasında daha geniş yayılıb. Böyük Işıqlı, Qızılboğaz və Gəlinqaya bu yaylanın ən iri sönmüş vulkanlarıdır. Kaynazoyda B.Qafqaz güclü tektonik qalxmaya məruz qalmış, Kür-Araz ovalığı isə çökmüşdür.
Azərbaycanda ən qədim süxurlar Kembriyə qədərki, yəni Proterezoy yaşlı olub, Naxçıvanda-Dərələyəz silsiləsində və Sədərək qalxmasında, Tovuz rayonunda Zəyəmçay (Əsrikçay) hövzəsində üzə çıxıb. Onların yaşı 400-450 milyon ildir.( Ardı )

Azərbaycanın hava kütlələri və yağıntıları

Azərbaycanda 8 hava kütləsi daxil olur. Bunlardan Kontinental Arktik, dəniz Arktik, mülayim dəniz və tropik hava kütlələri Azərbaycanda iqlimin formalaşmasına təsir edən əsas hava kütlələridir.
1. Kontinental Arktik
2. Dəniz Arktik
3. Mülayim dəniz Nəticədə temperatur aşağı düşür, güclü külək əsir, yağıntı düşür.
4. Mülayim kontinental
5. Cənub siklonları
6. Tropik hava kütlələri cənubdan Azərbaycana daxil olaraq qışda havanın quru və mülayim, yayda isə isti və quru keçməsinə səbəb olur.( Ardı )

Azərbaycanda 8400-ə yaxın çay var. Uzunluğu 5 km-dən artıq çayların sayı 190-dir. 21 çayın uzunluğu isə 100 km-dən çoxdur. Yalnız 2 çayın uzunluğu 500 km-dən çoxdur. Çaylar əsasən dağlarda formalaşır. Düzənlikdə onlar Kür və Araz çaylarına qovuşur və yaxud birbaşa Xəzərə tökülür. Azərbaycanın bütün çayları qapalı axarsız hövzə olan Xəzərə aiddir. Çayların orta illik su axımı 31 km3-a yaxındır ki, bunun da 2/3-si qonşu ölkələrdə yaranır. Iqlimin quraqlığının artması Böyük və Kiçik Qafqazda çay şəbəkəsinin sıxlığının düzənliklərə doğru azalmasına səbəb olur. Ən sıx çay şəbəkəsi orta dağlıqda, ən az isə düzənliklərdə müşahidə edilir.
Çaylar müxtəlif xüsusiliyinə görə qruplaşdırılırlar.
I. Uzunluğuna görə: Kür-1515 km, Araz-1072 km, Qanıx-413 km, Qabırrı — 389 km, Samur-216 km, Tərtər-200 km;
II. Mənbəyinin hündürlüyünə görə: Türyançay-3680 m, Samur-3600 m, Qusarçay-3780 m, Əyriçay-3200 m;
III. Mənsəbinə görə😦 Ardı )

Azərbaycan hidrosferi(göllər,kanallar,su anbarları)

Azərbaycanda 700-ə yaxın göl vardır ki, bunun da yalnız 250-si yayda qurumur. Sahəsi 1 km2-dan çox olan və böyük təsərrüfat əhəmiyyəti olan göllərin sayı 25-dir. Mənşəyinə görə göllər:
1. Tektonik göllərə — Abşeron-Qobustandakı və Kiçik Qafqazdakı Böyük və Kiçik Alagöllər, həmçinin Acınohur gölü aiddir.
2. Buzlaq mənşəli göllər — Böyük və Kiçik Qafqazın 2800-3500 m hissələrində yaranıb. Məsələn: Qəbələdə Tufangöl.
3. Uçqun və sürüşmədən yaranan bənd gölləri Kiçik Qafqazdakı — Göygöl, Maralgöl, Ağgöl, Qanlıgöl və Naxçıvandakı Batabat aiddir.
4. Axmaz və ya çay-dərə gölləri Kür-Araz ovalığında Kür çayı boyunca yaranıb. Məsələn: Ağgöl, Sarısu, Mehman, Hacıqabul və s.
5. Qalıq və ya relikt göllər Xəzərin qalıqları olub, şor suludurlar. Xəzərin sahillərində yerləşir.
Suyunun tərkibinə və axarlılığına görə göllər: ( Ardı )

This entry was posted in Uncategorized and tagged , , , , , , , , , . Bookmark the permalink.