Hannibalın diplomatiyası

Məşhur karfagenli komandir və dövlət adamı.

Hannibal atası Hamikar Barka Siciliyada romalılarla döyüşdə e.ə.247-ci ildə Karfagendə doğuldu. Birinci Pun müharibəsini uduzan atası onu romalılardan İspaniyaya getdi. Çox genc yaşda general oldu. E.ə. 221-ci ildə Karfagen ordusunun başına keçdi.

Hannibal İspaniyada fəthlər edərək Romaya bağlı tək yer olaraq qalan Saqunt şəhərini ələ keçirdi. Qardaşı Hasdurabı İspaniyada buraxan Hannibal 100min əsgər və 37fildən meydana gələn böyük bir orduyla Alp dağlarını keçərək Şimali İtaliya ərazilərinə çatdı. Burda Hannibal mühüm qələbələr qazandı. Hannibala paxıllıq edən Karfagen Senatosu ona kömək göndərmədi. Hannibal Roma torpaqlarında 14il qaldı. Continue reading

Posted in Uncategorized | Tagged | Leave a comment

Azerbaycan cografiyasi

Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 — e.ə. təqr.120), Strabon (e.ə. 64/63 — eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 — təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumatlar vermişlər. Continue reading

Posted in Uncategorized | Tagged , | Leave a comment

Seks və intim mövzular

İntim normalar

“İntim norma” dedikdə biz nəyi nəzərdə tuturuq? Müxtəsər danışsaq, bu, qadınla kişi arasında, onların davranış və hərəkətlərini müəyyən qaydalar əsasında tənzimləyən cinsi münasibətlərdir.
Bu tərifi həqiqət kimi qəbul edib tarixi keçmişə, eləcə də müasir xalqların gündəlik həyat və məişətinə nəzər salsaq, görərik ki, intim, yəni cinsi normalar xeyli sərbəst şərh və təfsir edilən anlayışdır. Məsələn, xristian dininə tapınan Avropa ölkələrində rəsmi surətdə yalnız bir qadınla, yeri nikaha girdiyin şəxslə, qeyri rəsmi surətdə isə istənilən qadınla cinsi münasibətdə olmaq olar; bu ölkələrdə qanuniləşdirilmiş mülki izdivacla yanaşı qanuniləşdirilmiş fahişəlik də mövcuddur. Continue reading

Posted in Uncategorized | Tagged , , , | Leave a comment

Türkiyənin müasir tarixi

Türkiyə II Dünya Müharibəsi və ondan sonrakı dövrdə-1

Türkiyənin II dünya müharibəsindən sonrakı tarixindən bəhs edərkən qeyd etmək lazımdır ki, bu ölkə qonşu müsəlman dövlətləri ilə müqayisədə fərqli bir inkişaf yolu seçdi. Bu seçim imkan verdi ki, Türkiyə kapitalizm yolu ilə inamla irəliləsin və inkişaf etsin. Bu gün ölkədə mövcud olan inkişaf prosesinin dinamikası ona dəlalət edir ki, Türkiyə həyatın bütün sahələrinin modernləşdirilməsində və dəyişən dünyanın şərtlərinə uyğunlaşmaqda yetkin bir səviyyəyə çatmışdır, iqtisadi həyatda liberalizm, siyasi həyatda parlamentarizm prinsipləri dönməzdir və yalnız irəliyə yönəlidir. Türkiyə artıq zaman-zaman baş vermiş sabitsizlik bəlasından xeyli uzaqlaşmışdır və inamlı mövqe sahibi olan bir dövlətə çevrilmək prosesini başa çatdırmaqdadır. Bəs Türkiyə belə bir yüksəlişə necə nail ola bilmişdir?

Türkiyə II Dünya Müharibəsi və ondan sonrakı dövrdə-2

Qeyd etmək lazımdır ki, tarixi ədəbiyyatda «milli şef dövrü(1938-1945-ci illər)» adlanan zamanın hökumətləri Türkiyənin qarşılaşdığı problemlərin öhdəsindən gəlmək üçün bu gün də tarixçilər tərəfindən müxtəlif şəkildə dəyərləndirilən tədbirlər görə bildilər və ədalət naminə demək istərdik ki, ölkəni daha az itkilərlə dünya müharibəsinin sonuna gətirdilər.
Bəlli olduğu kimi, Atatürkün ölümündən sonra 1938-ci ilin 11 Continue reading

Posted in Uncategorized | Tagged , , | Leave a comment

Qədim Yunan tarixi

Yunan şəhər dövlətləri

E.ə. VIII-V əsrlərdə yunan-şəhər dövlətlərinin yaranması.E.ə. XI-IX əsrlər Yunanıstan tarixinin «Homer dövrü» adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhərdövlətlər yaranmışdı.

Afina şəhər dövləti. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropoladlanan qala yerləşirdi. E.ə. VIII əsrdə Akropolda yaşayan adlı-sanlı adamlar Attikanın bütün əhalisini özlərinə tabe etdilər. E.ə.VIII əsrdə Afina şəhər dövlətini ağsaqqallar şurası və onun seçdiyi 9 hökmdar idarə edirdi.
Adlı-sanlı yunanlar öz idarə üsullarını «aristokratiya», yəni «yaxşıların hakimiyyəti» adlandırırdılar. Attikanın qalan azad əhalisinə, yəni sənətkarlara, kəndlilərə, günəmuzdçulara, dənizçilərə isə «demos» deyirdilər Continue reading

Posted in Uncategorized | Tagged , , , , | Leave a comment

Fiziklər

Qalileo Qaliley

Qaliley Qalileo
(15.2.1564 -8.1.1642)
«Qaliley — ağ saçlı alim ixtiyar
Ömürlük zindana salındın ki, sən
Belini bükdükcə zalım ruzigar.
Bəlkə əl çəkəsən dediklərindən
Sonra çıxartdılar səni zindandan
Gördün ki, Asiman alışıb yanır,
Ölüm ayağında, ey böyük insan
Sən yenə dedin ki, «Yer yuvarlanır»
S. Vurğun

Qaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən olub, mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəliyə qarşı mübariz olan, insanların gələcəyi üçün yeni-yeni yollar açan alim olmuşdur.
Elmin korifeyi olan Qaliley klassik fizikanın əsas banilərindən biri, astronom, riyaziyyatçı, Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirən, Ptolomeyin yanlış geosentrik sistemini ifşa edən, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasının səhvlərini aşkar edən, böyük alim, mütəfəkkir və ədibdir. O, təcrübi fizikanın əsasını qoymuş, elmdə eksperimental tədqiqat üsulu tətbiq etmişdir.
Qaliley Qalileo 1564-cü il fevral ayının 15-də İtaliyanın Pize şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 11 yaşına qədər məktəbdə oxuduqdan sonra Qaliley ailəsi ilə birlikdə Florensiyaya köçmüş və burada monastıra verilmişdir.

Lev Davıdoviç Landau

«Bütün fiziki nəzəriyyələrin ali məhkəməsi təcrübədir»

L.D.Landau

L.D.Landau görkəmli Sovet nəzəriyyəçi-fizikidir. Lev Davıdoviç 1908-ci ildə Bakıda anadan olub. Onun atası mühəndis, anası həkim idi. 13 ya şında olarkən orta məktəbi qurtaran Landau ali məktəbə daxil olmamışdan ali riyaziyyatı bilirmiş. Yaşı az oldu ğundan Landau Universitetə qəbul olmaq üçün işini verə bilmir və ailəsinin məsləhəti ilə bir il Bakıda İqtisad Texnikumunda oxuyur. 14 yaşı olanda bu istedadlı gənc Azərbaycan Dövlət Universitetinə daxil olaraq eyni zamanda iki fakültədə təhsil alır: fizika-riyaziyyat və kimya.( Ardı ) Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , | Leave a comment

Olimpiya oyunları haqqında

Qədim olimpiya oyunlarının yaranması

Olimp Yunanıstanda ən yüksək dağ massivi olub, Egey dənizi sahilində yerləşir. Hündürlüyü 2911 m-ə qədərdir. Əhəngdaşı və kristallik yamacları dar dərələrlə kəsişmişdir. Bu dağın həmişə yaşıl kolları, enliyarpaqlı şam meşələri var. Qədim yunan mifologiyasında Olimp müqəddəs dağ, Zevs başda olmaqla allahların məkanı hesab olunurdu. Allahların burada keçirilən məclisi də Olimp adlanırdı.
Bundan əlavə, bir sıra bədii özfəaliyyət kollektivlərinin xalq yaradıcılığı və müsabiqələri, məktəblilər arasında hər hansı bilik sahəsində konkret tapşırıqları daha yaxşı yerinə yetirmək üzrə keçirilən yarışlar (məsələn, riyaziyyat, fizika, kimya, biologiya, fiziologiya və s. fənlər üzrə) da Olimpiada adlanır.
Olimpiya oyunları Qədim Yunanıstanda Olimpiya şəhərində ilk dəfəe. ə. 776-cı ildə Zevsin şərəfinə yarışlar keçirilməyə başladı. Olimpiya oyunları 5 gün ərzində keçirilir, 1-ci və 5-ci günlər təntənəli mərasimlərə, qalan günlər isə idman yarışlarına həsr edilirdi. Continue reading
Posted in Uncategorized | Tagged , , , | Leave a comment